Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

15.05.2019 21:50 2 323
Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq
"Azərbaycan Respublikasında rəqəmsal taxoqraf sisteminə dair siyasət"in tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycan Respublikasının birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlarının təhvil alınması və Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinə (PWPW) təhvil verilməsi məqsədilə İtaliyanın İspra və Polşanın Varşava şəhərində görüş keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri iştirak edib.

Avropa Əsas Sertifikatlaşdırma Orqanının İspra şəhərində keçirilmiş növbəti sessiyasında bu təşkilatın mövcud prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb.

Görüş zamanı beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarətinin təşkili sahəsində ikinci nəsil "smart taxoqraf"ların (Generation-2 Smart Tachograph) tətbiqi və bununla əlaqədar Azərbaycanın Rəqəmsal Taxoqraf Sistemində tələb olunan zəruri dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bununla əlaqədar fabrikin nümayəndələri müvafiq tədbirlər görüldükdən sonra Azərbaycan tərəfini məlumatlandıracaqlar.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" barədə fabrikin nümayəndələrinə məlumat verilib və bu qaydalardan irəli gələn müvafiq rəqəmsal taxoqraf sisteminin yaradılması məsələləri müzakirə olunub.

Görüşün sonunda bağlanmış müqaviləyə əsasən, Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinin səlahiyyətli şəxslərinə paytaxt Varşava şəhərində Azərbaycan Respublikasının Milli Açarlarının təhvil verilməsi təmin edilib.//milli.az

Son xəbərlər