Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ucarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-3

08.05.2019 20:54 4 856
Ucarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-3
Ucar rayonundakı yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Median.Az
-ın report-a istinadən məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub.

Nəticədə "Ford" markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

*** 17:19

Video əlavə edilib

*** 17:12

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonda QAZ və “Ford” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

*** 16:34

Ucar rayonunda yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər