Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki avtomobil toqquşub: Bir ölü, dörd yaralı var

25.01.2024 12:46 2 730
Bakıda iki avtomobil toqquşub: Bir ölü, dörd yaralı var
Bakıda avtomobillər toqquşub.

APA xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Eldəniz Yaqub oğlu Məmmədovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil 1971-ci il təvəllüdlü Asif Bəhram oğlu Qarayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomaşın ilə toqquşub.

Nəticədə “Mercedes Vito” markalı avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəm Vəzir oğlu Rüstəmov hadisə yerində ölüb, 1994-cü il təvəllüdlü Əbdül Mustafa oğlu Məmmədov, 1968-ci il təvəllüdlü Elmira Ələkbər qızı Vəliyeva, Eldəniz Yaqub oğlu Məmmədov və Əfsanə Qoçəli qızı İmanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Fakta bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Son xəbərlər