Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Dubaydakı “Jara”da yaşananlar: Peskov da qatılıb - FOTO/VİDEO

04.05.2019 13:28 3 547
Dubaydakı “Jara”da yaşananlar: Peskov da qatılıb - FOTO/VİDEO
Dubay şəhərində “Jara” beynəlxalq musiqi festivalı baş tutub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın məşhur pop ulduzları Qriqoriy Leps, Valeriya, Olqa Buzova, Leonid Aqutin, eləcə də Ukraynanın tanınmış ifaçısı Maruvun iştirak etdiyi gecəyə Rusiya Federasiyanının mətbuat katibi Dmitriy Peskov ilə onun həyat yoldaşı, buz üstündə idman rəqsləri üzrə Olimpia çempionu Tatyana Navko və qızı Nadya təşrif buyurublar.

Festival Dubayın ən məşhur və dəbdəbəli otellərindən birində keçirilib. Gecəyə qatılanlar sırasında rusiyanın pop kralı Filipp Kirkorov da olub. Müğənni orada həm çıxış edib, həm də ad gününü qeyd edib.

Valeriya həmkarı Yeqor Krid ilə bərabər duet şəklində “Çasiki” mahnısı səsləndirib. Leonid Aqutin isə sevilən hit mahnıları ilə gecəyə əlavə rəng qatıb. Daha sonra səhnədə “İvanuşki İnternational” qrupu görünüb. Onlar “Topoliynıy pux, jara iyul” mahnısını ifa ediblər.

Maruv isə səsi və səhnə perfomansı ilə izləyicilərin diqqətini cəlb edib.

Gecəyə möhtəşəm ifası ilə damğa vuran isə Qriqoriy Leps olub. Sənətçi İngiltərənin əfsanəvi rok-qrupu “Queen”in ifa etdiyi “Show must go on” hitini səsləndirib.

Qeyd edək ki, paytaxt Bakıda keçiriləcək festival 4 gün davam edəcək və 25, 26, 27 və 28 iyul tarixlərinə təsadüf edəcək. “Jara” beynəlxalq musiqi festivalı ilk dəfə Azərbaycanda 2016-cı ildə keçirilib. Festival günlərində Rusiya ilə yanaşı, Azərbaycan estradasının ən parlaq ulduzları iştirak edirlər.

Son xəbərlər