Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xərçəngə qarşı dərman kəşf edildi - Qarışqalar sayəsində

18.04.2019 21:40 2 213
Xərçəngə qarşı dərman kəşf edildi - Qarışqalar sayəsində
Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.

Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.

Son xəbərlər