Mojo.az Banner
18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

ÜST uşaqlar üçün xərçəngə qarşı pulsuz dərman proqramının həyata keçirilməsinə başlayıb

11.02.2025 19:10 1 485
ÜST uşaqlar üçün xərçəngə qarşı pulsuz dərman proqramının həyata keçirilməsinə başlayıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşağı və orta gəlirli ölkələrdə uşaqlar üçün xərçəngə qarşı pulsuz dərmanların verilməsini təmin edən yeni platformaya start verildiyini elan edib.

Təşəbbüs sağ qalma göstəricilərinin artırılmasına yönəlib.

Dərmanların birinci partiyası artıq Monqolustan və Özbəkistana çatdırılıb və yaxın vaxtlarda Ekvador, İordaniya, Nepal və Zambiyaya göndərilməsi gözlənilir. Dərman vasitələri qeyd olunan ölkələrdə təxminən 5000 uşağın müalicəsində istifadə olunacaq.

Platformanın növbəti 5-7 il ərzində 50 ölkəni əhatə edəcəyi və təxminən 120 min uşağın dərmanla təmin olunacağı nəzərdə tutulur. ÜST pulsuz dərman təminatının pilot mərhələdən sonra da davam edəcəyinə zəmanət verir.

Proqram ilk dəfə 2021-ci ilin dekabrında elan edilib. Onun həyata keçirirlməsi ÜST və St. Jude Uşaq Tədqiqat Xəstəxanasının (ABŞ) əməkdaşlığı sayəsində mümkün olub. Xəstəxana layihənin həyata keçirilməsi üçün 200 milyon dollar ayırıb.
//reportскачать dle 11.3
Mojo.az Banner