Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Texniki məsələlərin tam həllindən sonra metroda “WiFi” qurula bilər

13.04.2019 19:50 1 541
Texniki məsələlərin tam həllindən sonra metroda “WiFi” qurula bilər
Bakı metrosunda “WiFi” sisteminin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müəyyən təhlükəsiz sistemi nəzərə alınmaqla gələcəkdə qurulması planlaşdırılır.

Bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, texniki məsələlər tam həll olunduqdan, təhlükəsizlik təmin olunduqdan sonra bu barədə danışmaq olar.

“Əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bundan sonra biz, radiodalğalardan istifadə olunması ilə bağlı məlumat verəcəyik. Həmin “WiFi” sistemi müəyyən radiodalğalarla interferensiya olunacaq. “WiFi” sistemini tezliklə həyata keçirmək üçün hərəkətin təhlükəsizliyinə mane olan sistemlərin olmaması məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır. Bütün tezliklər Nəqliyyat, Rabitə və Yükəsk Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunur. “WiFi” şəbəkəsinin də tezliyi var və bu avadanlıqlar müəyyən diapazonda işləməlidir. Ona görə də gələcək üçün bizdə çox böyük işlər nəzərdə tutulur”, - deyə E.Məmmədov əlavə edib.скачать dle 11.3
Mojo.az Banner