Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda rəislərin yerləri dəyişdirildi

01.02.2021 17:10 960
Bakı metrosunda rəislərin yerləri dəyişdirildi
“Bakı metropoliteni”ndə dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir. QSC sədrinin son əmrinə uyğun olaraq, 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar:

“Stansiya rəislərinin yerdəyişməsi “Bakı metropoliteni”ndə mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir.

Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq “Bakı metropoliteni”ndə kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir”.скачать dle 11.3
Mojo.az Banner