Mojo.az Banner
22:01 Bakıda gənclərin üzərinə ağac aşdı - Video  |     21:55 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı  |     21:48 Müdafiə Nazirliyindən hərbçilərin yaxınlarına MÜRACİƏT  |     20:58 İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına "stop" qoyuldu  |     20:53 Tək yaşayan şəxslərin evlərini hədəf alan dəstə üzvlərinə hökm oxundu  |     20:44 Qızılın qiyməti niyə ucuzlaşır? - Analitik əsas səbəbləri açıqladı  |     20:39 Müğənninin Azərbaycandan çıxışına "stop" qoyulub  |     20:32 Azərbaycanda ildırımvurma halları çoxalıb: Təbiətdə nə baş verir? (VİDEO)  |     20:24 Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida  |     20:19 Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? (VİDEO)  |     20:12 Məktəbli formaları bahalaşa bilər? - VİDEO  |     20:05 İtaliyanın bu kəndində çimərlik geyimində gəzən turistlər cərimələnəcək  |     20:00 Bonni Tayler vəfat etdi  |     19:51 Limfedemaya qarşı nadir mikrocərrahi əməliyyat icra edildi - Azərbaycanda ilk  |     19:44 Sabah 37 dərəcə isti olacaq  |     19:38 "Çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib" - İqtisadçı  |     19:30 Bakıda 4 avtomobili talayan şəxs saxlanıldı  |     19:25 Zaxarova Qarabağ müharibəsində yalan məlumatlar yayan ermənidən danışdı  |     19:16 Yük maşını "Lukoil" yanacaqdoldurma məntəqəsinə çırpıldı - Video  |     19:11 Bir qrup usta "Avanqard-Construction'' MMC-dən pullarını ala bilmirlər - İDDİA (VİDEO)  |    
Left Banner
Right Banner

Paytaxtda avtomobil qaçıran 3 nəfər saxlanılıb

12.04.2019 15:50 3 492
Paytaxtda avtomobil qaçıran 3 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, aprelin 11-i saat 9 radələrində Nəsimi rayonunun A.Məhərrəmov küçəsindən Abşeron rayon sakini V.Novruzlunun “VAZ-2107” markalı avtomobili qaçırılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakini Ə.Zeynallı saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini C.Kərimovun “VAZ-2106” markalı avtomobilini qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Həsənzadə saxlanılıb.

Aprelin 9-u gecə saat 2 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsindən Bakı şəhər sakini A.Qəhrəmanovun “Mercedes” markalı avtomobili qaçırılıb.

Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M.Bəkirli tərəfindən qaçırılması və həmin gün səhər saat 5 radələrində Q.Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G.Ağazadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşması müəyyən edilib.

M.Bəkirli 39-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner