Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb

14.03.2019 18:29 4 569
Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Ü.Kərimov, martın 10-da A.Məhərrəmov küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev nəqliyyat vasitəsi ilə birgə Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Bundan başqa, Xətai RPİ-nin 37-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov izahatında, martın 12-də Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını göstərib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan yeniyetmə Nizami rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Martın 8-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini R.Quliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Bayramov saxlanılıb.

Martın 1-i səhər saat 4 radələrində Pirallahı rayonunun C.Cabbarlı küçəsindən, S.Əliyevin “VAZ-2106” markalı avtomobili qaçırılıb.
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarı tədbirləri nəticəsində qaçıran Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3
Mojo.az Banner