Mojo.az Banner
23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |     21:39 Leyla Əliyeva Fatimənin yeni mahnı təqdimatında - VİDEO  |     21:34 “Qarabağ”dan bu yayın 6-cı transferi - RƏSMİ  |     21:28 Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı  |     21:20 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ  |     21:07 Leyla Əliyeva Vatikan Apostol Kitabxanasının rəhbəri ilə görüşüb - FOTO  |     21:01 Mahaçqalada atışma oldu - Ölən və yaralanan var  |     20:54 Bu imtahanın nəticələri yaxın 3 həftədə elan olunacaq  |     20:49 Hindistanda anbar çöküb - Ölənlər var  |     20:44 Azərbaycanda şagirdlərin sayı açıqlandı  |     20:36 Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub  |    
Left Banner
Right Banner

Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir

10.04.2019 23:40 6 363
Bakının palçıq vulkanları – Püskürəndə hər şeyi məhv edə bilir
“Bakı arxipelaqı nəinki ölkə miqyasında, o cümlədən dünya çapından baxanda da kifayət qədər maraqlı ərazidir. Burada, təxminən, 50-yə yaxın palçıq vulkanı var. Onların 80%-i aktivdir”. Median.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev məlumat verib.

Təəssüflər olsun ki, palçıq vulkanları yadımıza ancaq növbəti güclü püskürmə olanda düşür. Amma bu ərazilər daima diqqət mərkəzində olmalı olan maraqlı yerlərdir.

Ceyhun Paşayev qeyd edib ki, Bakı üzrə, ümumən 21 palçıq vulkanı Qoruğa daxil edilib: "Həmçinin 7 vulkan mənşəli ada palçıq vulkanı var və 6-sı qoruğa daxil edilib. Ümumiyyətlə, palçıq vulkanlarının bütün növlərinə, yəni aktiv, gömülmüş, ada, neftçıxaran, sönmüş və sualtı vulkanlara rast gəlinir".


C.Paşayev onu da deyib ki, Bakı ərazisində Keyrəkinin yaxınlığında və qoruğa daxil olmayan aktiv olmayan Böyükdağ və Kiçikdağ palçıq vulkanlarının yaxınlığında evlər salınıb: "Vulkan püskürəndə yerdə dərin çatlar yaranır və uzunluğu, bəzən 2-3 kilometr olur. Püskürən zaman kraterdən od sütunu çıxır ki, hündürlüyü 500 metrə qədər çatır. Kraterdən ağır bərk süxurlar göyə atılır və xaotik ətrafa səpələnir. Kraterdən xaric olan qatı palçıq kütləsi bəzən milyon kubmetr həcmlə asta sürətlə yayılır və fəsad törədə bilər" - deyə o əlavə edib.

Paşayevin sözlərinə görə, 2000-ci ildə Ceyranbatan gölünün üzərindəki Keçəldağ palçıq vulkanı püskürəndə ətəkdə olan bir neçə ev palçığın altında qalıb.


C.Paşayev bildirib ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü - geoloji parklar yaradılır. Bununla bağlı "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Qanuna dəyişikliklər edilir: “Qanuna təklif edilən yeni əlavəyə əsasən, geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir".


Paşayev əlavə edib ki, geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir: “Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Eyni zamanda Naxçıvanda yerləşən bəzi abidələrin geoloji parka daxil edilməsi təklifləri də irəli sürüləcək”.

“Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi çıxış edib. Qanuna dəyişiklik edildikdən sonra sıra geoloji parkların, o cümlədən "Qobustan palçıq vulkanları" geoloji parkının yaradılması nəzərdə tutulur" – deyə o vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner