Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - FOTO

05.04.2019 22:59 2 903
Azərbaycanda 6000 il əvvəl yaşamış uşaqlar - FOTO
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rayonunda e.ə. IV minilliyin birinci yarısına aid yaşayış məskənində aşkarladığı uşaq skeletlərinin arxeometrik təhlili zamanı Azərbaycan ərazisində məskunlaşmış erkən əkinçi əhalinin həyat tərzi barədə maraqlı fikirlər ortaya çıxıb.

İnstitutdan verilən məlumata görə, Qəbələ rayonunda 2012-ci ildən etibarən aparılmış arxeoloji tədqiqatlar zamanı e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində saxsı qablarda uşaq qəbirləri aşkar olunub. Saxsı qablarda körpə uşaq dəfnləri son xalkolit (eneolit/mis-daş) dövrü Leylatəpə mədəniyyəti üçün xarakterik dəfn adəti idi və institutun direktor müavini Nəcəf Müseyibli bu mədəniyyətin Ağstafa rayonunda qazdığı digər abidələrində (Böyük Kəsik, Poylu) də belə qəbirlər aşkar etmişdi.

Cənubi Qafqazda erkən əkinçi mədəniyyətlər üzrə ixtisaslaşan mütəxəssislərin unikal tapıntı hesab etdiyi Qalayeri məskənindəki saxsı qablardakı dəfnlərdən aşkar edilmiş uşaq skeletlərinin 3-nün (4-5 aylıqdan 4-5 yaş həddinədək) arxeometrik analizlərinin nəticələrinə əsasən, 5800-6000 il bundan öncə vəfat etmiş uşaqlarda ciddi "C" və "D" avitaminozu və onunla bağlı patologiyalar aşkar edilib. Vitamin qıtlığı özünü sümüklərdə yaş həddinə uyğun olmayan inkişafdan geriqalmada daha qabarıq göstərib.

Sümüklərin kimyəvi və izotop tərkibi ilə Qalayeri abidəsinin xalkolit dövrünə aid torpaq təbəqəsinin eyni göstəricilərinin müqayisəsi maraqlı nəticələr verib. Belə ki, körpələrin sümüklərinin kimyəvi və izotop göstəriciləri Qalayeri məskəninin torpaq strukturunun göstəriciləri ilə uyğun gəlmir. Mövcud fikrə görə, ən azından hamiləlik dövründə yeniyetmə analar mənsub olduqları tayfa ilə birgə Qalayeri abidəsi ərazisinə köçdən əvvəl digər bölgədə yaşayıblar//milli.az

скачать dle 11.3
Mojo.az Banner