17:28 "Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon "yedilər"  |     17:22 Səfirlik Monteneqroda baş vermiş hadisələrlə bağlı açıqlama yaydı  |     17:12 Şirvanda zəlzələ olub  |     16:45 Tokiodan Nyu-Yorka 60 dəqiqəyə kosmik uçuşlar həyata keçiriləcək  |     16:34 “Sovetski”dəki tarixi binalar sökülür? - RƏSMİ  |     16:24 Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi  |     16:05 Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     15:57 Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi - VİDEO  |     15:56 "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb  |     15:43 Rusiya Silahlı Qüvvələri Dnepropetrovskda yaşayış məntəqəsini nəzarət altına aldı  |     15:40 Ramiz Mehdiyevin sadiq adamı Elton Məmmədov da istintaqa cəlb edilib - Milyonlar mənimsəyibmiş  |     15:39 Peskov: "Rusiya Putin və Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir"  |     15:35 Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq  |     15:34 İsmayıllıda biryaşlı qız faciəli şəkildə öldü  |     14:28 "Whatsapp" istifadəçilərinə xəbərdarlıq: Bunu etməsiniz, hesabınıza girəcəklər  |     14:15 Paşinyan Fransaya işgüzar səfərə yola düşüb  |     14:07 Azərbaycanda qatarların hərəkətinə maneə yaratmaq üçün relslərə qəsdən daş düzülüb - Video  |     14:00 Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib  |     13:53 Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq - Foto  |     13:49 Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxslər TUTULDULAR  |    

Bazar günü imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - BU YENİLİKLƏRİ BİLİRDİNİZ?

Aprelin 7-də, 14 və 21-də 11-ci sinif bazasından buraxılış imtahanı verəcək şagirdlər bu il kurikulum sistemi ilə imtahan verən ilk şagirdlər olacaq. Bu şagirdlər iki il əvvəl, yəni 9-cu sinifdə eyni tipli imtahan versələr də, həmin vaxt iki fənndən - ana dili və riyaziyyatdan imtahan vermişdilər. 11-ci sinifdə isə bu iki fənnlə yanaşı, xarici dildən də imtahan verməli olacaqlar.

Bəs şagirdlərin hansı məqamlara daha çox diqqət etməsi lazımdır?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov 2008-ci ildən etibarən təsdiq edilən kurikulumla buraxılış imtahanlarının verilməsinin 11-ci sinif pilləsində ilk olduğunu xatırladıb.
Şagirdlərin nəyə diqqət etməli olmalarından danışan Əsədov bildirib ki, 11-ci sinif şagirdləri 9-cu sinfin buraxılışından fərqli olaraq xarici dil fənləri üzrə də imtahan verəcəklər. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.

"Məlum olduğu kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

Auditoriyada mətn səslənəcək. Bu, Azərbaycanın qəbul sistemində ilk dəfə tətbiq edilib. Onlar dinlədikləri mətnə uyğun test tapşırıqlarına cavab verməlidirlər".

Müsahibimizin dediyinə görə, digər əsas vacib məqam ondan ibarətdir ki, qapalı test tapşırıqlarına, yəni cavabları variantlarla verilən test tapşırıqlarına cavab vermək üçün şagirdlər diqqətli olmalıdır. "Yalnız bildikləri test tapşırıqlarına cavab verməlidirlər. Buraxılış imtahanında qapalı test tapşırıqlarında səhv cavablar düz cavablara təsir göstərməsə də, qəbul imtahanında təsir göstərəcək. Ona görə səhv cavabları yazmamağa adət etsinlər”.

Ekspert vurğulayıb ki, qapalı test tapşırıqlarından fərqli olaraq açıq tipli-yazı tələb edən test tapşırıqlarından hətta 30-50 faiz bilsələr belə, mütləq şəkildə yazsınlar. Onun sözlərinə görə, DİM qiymətləndirmə meyarlarında onların yazmasını müəyyən balla qiymətləndirəcək: “Qapalı test tapşırıqları ilə müqayisədə açıq test tapşırıqlarına az cavab vermək belə, balla qiymətləndiriləcək. Ona görə, uşaqlar test tapşırıqlarının cavablarını hətta bir-iki cümlə ilə olsa belə, yazsınlar. Doğru cavaba yaxın cavab belə, müəyyən balla qiymətləndiriləcək. Nəzərə alsaq ki, artıq bu il buraxılış imtahanları qəbul imtahanının birinci mərhələsidir, o zaman bu mərhələdə toplanılan bal qəbul imtahanında topladıqları balın üzərinə gələcək. Ona görə də, bu mərhələyə ciddi yanaşılmalıdır”.

K.Əsədov imtahan prosesinə gecikməməyin vacibliyinə də toxunub: “İmtahan 11:00-da başlayırsa, şagirdlər mütləq saat 9:00-da imtahanın keçiriləcəyi yerdə olmalıdırlar. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi üz yoxlama qaydasını da tətbiq edib. İmtahana vaxtında gəlmək lazımdır. Şagirdlər özləri ilə bir neçə yaxşı yazan qələm, karandaş, su götürsünlər. İmtahan prosesində həyəcanlanmamaq üçün özlərinin fiziki tələbat və ehtiyaclarını imtahan prosesinə qədər ödəsinlər. Rahat geyim geysinlər. Parıltılı, sıx, narahat, sıxan geyim və aksessuarlardan istifadə etməsinlər, ayaqlarını sıxan ayaqqabı geyinməsinlər”.

Qeyd edək ki, aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, ümumillikdə 27659 şagird imtahan verəcək.

İmtahan saat 11:00-da başlayacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 673 05.04.19 17:21