Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Facebook elektron poçtun şifrəsini tələb etdi - "YOLVERİLMƏZDİR"

04.04.2019 22:06 2 547
Facebook elektron poçtun şifrəsini tələb etdi -
Facebook yeni istifadəçi hesablarının qeydiyyatı zamanı insanlardan onların elektron poçt ünvanlarının şifrələrini tələb etməyə başlayıb.

Median.Az
technote-a istinadla xəbər verir ki, buna ilk olaraq e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisi fikir verib.

"Facebook, istifadəçi hesabının təsdiqi və ya başqa niyyətlər üçün şəxsi elektron poçt ünvanının şifrəsini tələb edir. Bu, informasiya təhlükəsizliyi baxımından çox pis ideyadır, daha doğrusu yolverilməzdir. Bu üsulla siz, bilməli olmadığınız şifrələri yığırsınız" - deyə mütəxəssis qeyd edib.

Facebook e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisinin elektron poçt ünvanını təsdiqləmək üçün həmin elektron poçt ünvanının şifrəsini tələb edib. Baxmayaraq ki, sosial şəbəkə ona "Bunun necə çalışdığını yoxlayın" özəlliyini təqdim etsə də həmin özəllik çalışmayıb.

Daily Beast saytına şərhində Facebook təmsilçisi etiraf edib ki, istifadəçilərin elektron poçt ünvanlarının təsdiqi üçün onlardan elektron poçt ünvanlarının şifrələrini tələb etmək həqiqətən də yaxşı ideya olmayıb. Sosial şəbəkə bu funksiyanın aradan qaldırılacağına söz verib.

Bundan əlavə olaraq Facebook bildirib ki, o, yığılmış şifrələri özündə saxlamayıb və bununla yanaşı istifadəçilərə elektron poçt ünvanlarının təsdiqi üçün digər üsulları da təqdim edib. Məlumata əsasən, elektron poçt ünvanının şifrəsinin tələb olunması problemi ilə nə qədər insanın qarşılaşdığını söyləmək çətindir. Güman olunur ki, sosial şəbəkə yalnız nadir elektron poçt servislərindən istifadə edən insanlardan elektron poçt şifrəsini tələb edib.

Son xəbərlər