Mojo.az Banner
17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlarını maşında yandıran Kərimovaya ağır cəza

04.04.2019 11:14 2 264
Uşaqlarını maşında yandıran Kərimovaya ağır cəza
Quldurluq və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxsin həyat yoldaşı, iki övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Yelena Kərimovaya hökm oxunub.

Kriminalnn.ru portalının verdiyi məlumata görə, məhkəmənin qərarı ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində son söz deyən qadın özünü cinayətdə təqsirli bilməyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin aprelində Nijenovoqorod vilayətində baş verib. Aprelin 26-da Semenovsk rayonunda içərisində iki uşaq meyiti olan yanmış avtomobil aşkar edilib. Məlum olub ki, Y.Kərimova əvvəlcə övladlarını boğub, daha sonra isə izi itirmək üçün avtomobili yandırıb.

Polis tərəfindən saxlanılan qadın əməlini etiraf edib. O, maddi çətinlik çəkdiyini və cinayəti bu səbəbdən törətdiyini bildirib.

Bununla yanaşı, məlum olub ki, qadın hər ay avtomobil kirayəsinə 40 min rubl (təxminən 1000 manat) xərcləyir və cinayətdən bir müddət əvvəl xaricdə istirahət üçün yol vərəqəsi qazanıb.

Məlumatlarda qeyd edilib ki, cinayət işinin araşdırılması Rusiya İstintaq Komitəsinin Nijeqorod vilayəti üzrə idarəsinin xüsusi nəzarətindədir.

Həmçinin, istintaq zamanı müəyyən edilib ki, qadın keçmiş əri olan Azərbaycan vətəndaşının tələbi ilə İslam dinini qəbul edib. Ancaq o, İslam dininin qanunlarına riayət etməyib və öz həyatını davam etdirib. Buna görə də qətlin motivinin dini zəmində baş verməsi ehtimalı qəbul edilməyib.

İstintaq zamanı qadının digər cinayətinin də üstü açılıb. Məlum olub ki, qadın Nijenovqorod şəhərində yaşadığı qohumlarının evindən dəyəri 140 min rubl (təxminən 3600 manat) olan qızıl-zinət əşyaları oğurlayıb.

Yaxın vaxtlarda cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilib.скачать dle 11.3
Mojo.az Banner