Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:29 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi | 18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda küçədən qız uşağı tapılıb: onu dilənməyə məcbur ediblər (VİDEO)

03.04.2019 22:37 2 256
Bakıda küçədən qız uşağı tapılıb: onu dilənməyə məcbur ediblər (VİDEO)
Bakıda polis əməkdaşları küçədən təxminən 6 yaşlı qız uşağını tapıblar. Araşdırma zamanı onun naməlum şəxs və ya şəxslər tərəfindən diləndirildiyi məlum olub.

Hadisə ötən gün axşam saatlarında baş verib.

Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşları "3-cü mikrorayon" dairəsi ətrafında təxminən 6 yaşlarında olan qız uşağını kimsəsiz şəkildə aşkar ediblər. Bundan sonra isə polis əməkdaşları həmin uşağı Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətiriblər.

Mərkəzin koordinatoru Vasif Akiflinin sözlərinə görə, uşaq mərkəzə gətirilən zaman sağlamlığında problem olmayıb. Amma araşdırma zamanı uşağın dilənməyə məcbur edildiyi məlum olub.

Vasif Akifli bildirdi ki, uşağı diləndirməyə məcbur edən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması üçün Daxili İşlər Nazirlyinə müraciət olunacaq.

Uşağı tanıyanlardan Azərbaycan Uşaqlar Birliyinin 055 466 08 06 nömrəli qaynar xəttinə zəng vurmaları xahiş olunur. (Xəzər TV)

Son xəbərlər