Mojo.az Banner
19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qohumları tərəfindən döyülərək dilənməyə məcbur edilən azyaşlıdan xəbər var

29.06.2021 17:16 723
Bakıda qohumları tərəfindən döyülərək dilənməyə məcbur edilən azyaşlıdan xəbər var
Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlının anası tapılıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, Daxili İşlər Nazirliyinin 19-cu Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində qısa zamanda Ümidin anası tapılıb və hazırda profilaktik işlər davam etdirilir.

Qeyd edək ki, Kəmalə Ağazadənin sözlərinə görə, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar:

“O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.

O, vurğulayıb ki, Ü.Şərifov 5 il əvvəl də sığınacaqda olub. Anası bir neçə ay sonra tapılıb və gələrək uşağı aparıb.скачать dle 11.3
Mojo.az Banner