Mojo.az Banner
14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı

02.04.2019 22:17 2 594
Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı
2019-cu ilin mart ayında Azərbaycan Rusiya vasitəsilə neft tranzitini dayandırıb.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yanacaq-Energetika Kompleksinin (YEK) Mərkəzi dispetçer idarəsi verib.
YEK-in məlumatlarına əsasən, yanvar-fevral aylarında Azərbaycan neftinin tranzitinin həcmi 249,5 min ton təşkil edib, martda isə tranzit həcmi olmayıb.

Daha öncə “Reuters” agentliyi “SOCAR Trading” şirkətinin başçısı Adnan Əhmədzadəyə istinadən xəbər vermişdi ki, Azərbaycan müvəqqəti olaraq Rusiya vasitəsilə nəql olunan neft həcmini Bakı-Tbilisi-Ceyhan boru kəmərinə keçirməyi planlaşdırır.

2019-cu ilin ilk 3 ayı ərzində Rusiya ərazisi üzrə neft tranzitinin ümumi həcmi 3,3% artaraq 4,883 milyon ton təşkil edib. Eyni zamanda, Qazaxıstan neftinin tranziti 0,9% artıb və 4,035 milyon ton təşkil edib. Türkmənistan neftinin tranzit həcmi isə 189,8 min ton olub.

Rusiya mənbələri xəbər verir ki, Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə nəqlinin dayandırılmasının səbəbi “Transneft” şirkətininin qərarıdır. Belə ki, Rusiyanın tranzit neft kəmərləri inhisarçısı SOCAR-a Azərbaycan neftinin bu ilin aprelindən başlayaraq ilin sonuna qədər Mahaçqala limanı üzərindən ötürülməsinin dayandırılacağı haqda xəbərdarlıq edib. Baxmayaraq ki, Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair müqavilə qüvvədədir. “Transneft” bunun səbəbini göstərmir.

Ancaq neft sahəsindəki mənbələr hesab edirlər ki, ola bilsin səbəb Mahaçqala limanının texniki imkanlarının məhdudluğudur. Çünki “Transneft” Qazaxıstan və Türkmənistan neftinin nəqlinin artması səbəbindən Mahaçqala limanından neft ötürülməsinin öhdəsindən gələ bilmir.

Mənbələr deyiblər ki, Bakı-Tixoretsk magistral neft kəmərləri sisteminin buraxılış imkanları Mahaçqala-Novorosiysk hissəsində tam istifadə olunub. Nəticədə Mahaçqalada əlavə həcmdə neftin qəbulu mümkün deyil.скачать dle 11.3
Mojo.az Banner