Mojo.az Banner
19:24 Türkiyədə bələdiyyədə əməliyyat - 20 nəfər saxlanıldı  |     19:17 Kadırov elmin inkişafına görə medal aldı - Video  |     19:09 Gəncədə müəllim dəm qazından öldü  |     19:03 “Tottenhem” onun stadiona girişinə qadağa qoydu  |     18:48 203 obyektdə monitorinq aparıldı  |     18:41 Dərman və tibbi vasitələrin alınmasına 7.6 milyon manat xərclənəcək  |     18:41 Dərman və tibbi vasitələrin alınmasına 7.6 milyon manat xərclənəcək  |     18:34 Bəxtiyar Bərxudarova vəzifə verildi  |     17:59 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:38 Ağdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜAT  |     17:19 Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək  |     17:09 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     16:55 Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub  |     16:51 "Yerin təki haqqında" qanunda dəyişikliklər edildi  |     16:29 Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə  |     16:24 Azərbaycanlı tələbələrin 1,6 milyon dollarlıq startapı  |     16:16 Geomaqnit qasırğası gözlənilir  |     16:05 İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi  |     15:52 Bahalaşmanın qarşısını almaq üçün nə lazımdır? - Deputatdan təklif  |     15:50 Bakıda papağa görə dava: Ər arvadını döydü  |    
Left Banner
Right Banner

Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşdü

28.03.2019 12:56 1 577
Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşdü
"İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz torpaqlarımızda qeyd edək”

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin və Tərtər rayon icra hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayonun "N” saylı hərbi hissəsində əsgər və hərbçilərlə görüş keçirilib.

İlk öncə hərbi hissənin komandiri çıxış edərək hərbçi və əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

Əsgər və hərbçilər qarşısında çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Millət vəkili deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:

"Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək".

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər və onlara vətənimizin keşiyində daim məğrur durmalarını arzu ediblər.

Daha sonra Qənirə Paşayeva əsgər və zabitlərə müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib.

Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

Tədbirdə şəhid analarının və şəhid ailələrinin iştirakı və çıxışı xüsusi duyğulu anlar yaşadıb. Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlərlə birlikdə nahar ediblər.

Tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Bayram tonqalı yandırılıb və tədbir iştirakçıları gələn bayramlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndi, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək deyiblər.

Millət vəkili Q.Paşayeva və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova Tərtər rayonunda məcburi köçkünlər üçün təşkil edilən tədbirdə də iştirak ediblər, onları Novruz bayramı münasibətilə təbrik ediblər:

"Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız gələn il öz evlərində bayram süfrələrini qura bilsinlər. Bax bu bayram tonqallarını Cıdır düzündə yandıraq”.
//azxeber.comскачать dle 11.3
Mojo.az Banner