Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Səbuhi Xanlarovdan yaşlı insana qarşı aşağılayıcı hərəkətlər — Cəzası nədir? + VİDEO

21.03.2019 18:01 3 408
Səbuhi Xanlarovdan yaşlı insana qarşı aşağılayıcı hərəkətlər — Cəzası nədir? + VİDEO
"Bir vətəndaşın digərinə qarşı aşağılayıcı hərəkəti, onu təhqir etməsi yolverilməz haldır və belə hallara qarşı Azərbaycan qanunvericiliyində müvafiq cəzalar nəzərdə tutulur".

Bunu “Ölkə.Az”a açıqlamasında ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sosial şəbəkələrdə Səbuhi Xanlarov adlı birisi tərəfindən yaşlı insana qarşı aşağılayıcı hərəkətlər edərək, onun videosunu çəkib sosial şəbəkələrdə yerləşdirilməsi ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, insanın şərəf və layəqətini alaçaltmaqla bağlı Mülki Məcəllədə 23-cü maddə var. “Bundan əlavə olaraq Cinayət Məcəlləsində də 147-ci maddə var ki, təhqir yolu ilə insanın şərəf və ləyaqətinin açladılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Lakin bu maddə üzrə cinayət işi xüsusi ittiham qaydasında ola bilər. Yəni ləyaqəti alçaldılan şəxsin və ya onun qanuni nümayəndəsinin şikayəti əsasında belə hallara yol verən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Orda açıq-aşkar təhqir elementləri və şəxsin şərəf və ləyaqətini alçaldan davranış varsa onda şikayət verilə bilər”- deyə, S.Məmmədov bildirib.

Son xəbərlər