Mojo.az Banner
17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Sənədsiz evlərin sənədləşdirilməsi - Eskiz layihə üçün MTK-ya pul ödənilməlidir? - VİDEO

14.03.2019 23:20 4 266
Sənədsiz evlərin sənədləşdirilməsi - Eskiz layihə üçün MTK-ya pul ödənilməlidir? - VİDEO
Dövlət başçısının tapşırığına əsasən yeni tikilən ancaq rəsmi olaraq istismara qəbul edilməyən binaların sənədləşdirilməsi sürətləndirilir. Ancaq bəzi tikinti şirkətləri bu proses üçün vətəndaşlara lazım olan sənədləri təmin etmək əvəzinə bu prosesəkölgə salmağa çalışırlar.

Belə ki, vətəndaşlar mənzillərinə çıxarış almaq üçün aidiyyatı qurumlara maliyyə sənədi, müqavilə və mənzilin eskiz layihəsini təqdim etməlidirlər. Bəzi MTK-lar isə eskiz layihəni vətəndaşlara pulla satmağa başlayıb.

Median.Az-in məlumatına görə, əmlak eksperti Ramil Osmanlı Xəzər Tv-yə bildirib ki, Mənzil Tikinti Kooperativlərinin bu addımı heç bir qanun, qaydaya uyğun gəlmir. Onlar həmin sənədi vətəndaşa verməyə borcludurlar.

Ramil Osmanlı onu da bildirir ki, qanunvericilikdə tikinti şirkəti rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı da kifayət qədər yeniliklər edilib və vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət edərək öz haqlarını bərpa edə bilərlər.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən "XəzərXəbər"ə bildirdilər ki, bu vəziyyətdə vətəndaşdan eskiz sənədinə görə pul tələb edilməsi tamamilə qanunsuzdur. Həmin sənədi vətəndaşa heç bir qarşılıq olmadan vermək tikinti şirkətlərinin borcudur.

скачать dle 11.3
Mojo.az Banner