Mojo.az Banner
13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ev alarkən bunlara diqqət edin - VİDEO

28.05.2021 20:29 783
Ev alarkən bunlara diqqət edin - VİDEO
Bəzən həm elanlarda, həm də ev alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən çıxarışı olmayan evlərin satışı təklif edilir. Təbii ki, bu evlərin qiymətində həmin ərazidəki digər evlərlə müqayisədə ciddi fərq olur. Ancaq məsələni maraqlı edən budur ki, sənədi olmayan evi necə satırlar?

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, bu cür evlərin satışı notarial qaydada aparılmır və istənilən sənədsiz evləri alanlar ciddi problemlərlə üz-üzə qala bilərlər.

Ramil Osmanlı bildirir ki, bu cür evlər bəzi hallarda etibarnamə ilə notariusda da alqı-satqı edilə bilir. Ancaq bu da çox təhlükəli və riskli bir yoldur.

Sənədsiz satılan evlərlə bağlı daha bir problem isə vətəndaşın aldığı əmlakla bağlı heç bir hüquqi və maliyyə əməliyyatı icra edə bilməməsidir. Bu isə müxtəlif cür xidmətlərdən istifadə zamanı vətəndaşı müəyyən çətinliklərlə üz-üzə qoyur.

Ekspertin sözlərinə görə, bəzən bələdiyyə sənədi ilə alınan evlərdə sonradan üzə çıxır ki, həmin sənədlər heç bir yerdə qeydiyyatda deyil və hüquqi qüvvə daşımır. Bundan əlavə, bəzən bələdiyyə sənədi ilə satılan evlərdə daha sonra məlum olur ki, ev həmin şəxsin boşandığı həyat yoldaşı ilə nikahda olduğu zaman əldə edilib və sonradan bu şəxslər də həmin mülkə sahiblik iddiası irəli sürə bilərlər. Buna görə də ev alan zaman ilk diqqət ediləcək məqam onun çıxarışının olmasıdır.скачать dle 11.3
Mojo.az Banner