Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

20-35 min manata təklif edilən evlər - Onları almaq təhlükəlidir?

23.08.2024 21:06 1 473
20-35 min manata təklif edilən evlər - Onları almaq təhlükəlidir?
Son dövrlər Bakının mərkəzindən uzaq ərazilərdə ucuz qiymətə satışa çıxarılan bir-iki otaqlı həyət evlərinin satışı ilə bağlı reklamlara rast gəlirik. "Makler evləri” kimi adlanan bu evlər müştərilərə 20-35 min arası təklif olunur. Həmin evlərin kifayət qədər alıcıları da var. Bəs bu evləri alan şəxslər gələcəkdə hansı problemlə qarşılaşa bilər?

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Əsədov bildirib ki, bu evlərin almağın böyük riskləri var:

"Bu evlərin çox vaxt sənədi olmur. Bəzi hallarda bu evlərə komunikasiya xətləri qanuni yollarla deyil, qanunsuz yollarla çəkilir. Ötən ilin oktyabrın 1-də qanunda dəyişiklik edildi. Belə ki, çıxarış olmazsa, həmin evlərə çıxarış xətlərinin çəkilməsi qanunsuz hesab olunur. İkinci məsələ isə gələcəkdə bu kimi evlərlə bağlı amnistiya olsa belə həmin evlərinin qanuni hüquqlarının tanınmasıdır. Vətəndaşlar bu evlərə qeydiyyata düşə bilmir, onların mülkiyyət hüquqları tanınmır, həmin daşınmaz əmlakı sığorta edə bilmir”.

"Vətəndaşlar həmin ucuz təklif olunan mənzilləri alarkən nəyə diqqət etməlidir” sualına cavab olaraq ekspert bildirib ki, qanunla yalnız çıxarışı olan mülkiyyəti almaq olar. Bu evlərin notarial qaydada alqı-satqısı edilir, Ədliyyə Nazirliyi qeydiyyata alır və bununla bağlı müvafiq sənəd verilir. Qanunla yalnız bu mümkündür, daşınmaz əmlak alqı-satqısı ilə bağlı qalan digər hərəkətlər qanunsuz hesab edilir”.

Son xəbərlər