Mojo.az Banner
20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Sənədlər yoxlanılıb, əlavə vergi hesablanıb - Kameralın nəticəsi

13.03.2019 12:28 4 519
Sənədlər yoxlanılıb, əlavə vergi hesablanıb - Kameralın nəticəsi
2018-ci ildə aparılan kameral yoxlamalar nəticəsində Vergilər Nazirliyi təsərrüfat subyektlərinə ümumilikdə 431,7 mln. manat məbləğində əlavə vergi hesablayıb.

Bu 2017-ci ilin göstəricisindən 0,4% çoxdur. Lakin hesablanan kameralın yalnız 167,8 mln. manatı dövlət büdcəsinə köçürülüb, bu da 2017-ci ilin göstəricisindən 2,9% azdır.

Səbəb isə budur ki, kameral yoxlamalarla bağlı yerdə qalan vergi hesablanması üzrə məsələlər mübahisələndirilib və ya ödənişində gecikmə var.

Qeyd edək ki, kameral yoxlamalar yalnız maliyyə sənədləri əsasında məsafədən həyata keçirilir və vergi ödəyicisinə məlumat verilir. Vergi ödəyicisi isə 5 gün ərzində bu yoxlamaların nəticələrindən şikayət vermək hüququna malikdir.

Cari ildə Tax Free sistemi çərçivəsində isə müştərilərə 2 mln. 395,6 min manat qaytarılıb ki, bu da 2017-ci ilin göstəricisindən 17,5% çoxdur. Bu sistemin tətbiq olunduğu 2016-cı ildən etibarən ümumilikdə fiziki şəxslərə 5 mln. 123,9 min manat qaytarılıb.скачать dle 11.3
Mojo.az Banner