Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi gənc oğlanı ölümdən qurtardı – 5 dəqiqə geciksəydi...

05.03.2019 20:10 2 406
Yol polisi gənc oğlanı ölümdən qurtardı – 5 dəqiqə geciksəydi...
Dünən gecə saatlarında Abşeron rayonu, Xirdalan şəhərində çörək sexlərinin birində işləyən 21 yaşlı Ağa Əliyev yıxılaraq ağır xəsarət alıb. O, ayaqyolunda olarkən ayağı sürüşüb və yerə yıxılıb. Bu zaman qolu unitazın sınıq hissəsinə dəyib və kəsik xəsarətləri alıb. Damarları kəsilən gənc xeyli qan itirib.

Onu çörək sexinə gələn bir müştəri maşına mindirərək xəstəxanaya aparmaq istəyəndə tıxaca düşüb. Bu zaman yolda xidmətdə olan Abşeron rayon DYP Şöbəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqova yaxınlaşan Ağa Əliyevin anası Nəzakət Əliyeva ondan oğlunu xəstəxanaya çatdırmaq üçün kömək istəyib. Yaralını və onun anasını 99 YP 174 dövlət nömrə nişanlı patrul avtomobilinə mindirən Vasif Sadıqov onları təcili yardıma çatdırıb. Lakin burada xəstənin xeyli qan itirdiyini deyərək qəbul etməyiblər. Bundan sonra DYP zabiti onları Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Burada da onları qəbul edən olmayıb. Nəhayət, Vasif Sadıqov yaralını Travmatologiya Xəstəxanasına çatdırıb. Burada xəstənin damarları tikilib, qanaxma dayandırılıb.

Anası Nəzakət Əliyeva Avtosfer.az saytına bildirdi ki, 5 dəqiqə də gecikmiş olsaydılar oğlu indi həyatda olmazdı: “Sağolsun həmin polis, bütün polislərə təşəkkür edirəm. O bizi çox yerə apardı, oğlumun həyatını qurtardı. Gecə də zəng eləyib maraqlandı, sonra gəlib uşağa baş çəkdi, mənə maddi yardım göstərdi. Bu gün oğlum əməliyyat olunacaq. Allah bütün polislərdən razı olsun. Biz o polis xilas etdi. Sağolsun ki, vaxtında həkimə çatdırdı”.

Son xəbərlər