Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Avtobusun vurduğu qızı yol polisi ölümdən xilas etdi - FOTOLAR

12.04.2018 18:42 1 958
Avtobusun vurduğu qızı yol polisi ölümdən xilas etdi - FOTOLAR
Bu gün Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Abdulla Şaiq küçəsində - Statistika dairəsinə gedən yolda baş verib. 23 yaşlı Günay Ələkbər qızı Muradəliyeva piyada keçidi ilə yolu keçərkən “BakuBus”un avtobusu tərəfindən vurulub. Ağır xəsarətlər alan yaralı hadisə yerində xeyli qan itirib. Qəzadan cəmi bir dəqiqə sonra hadisə yerinə gələn Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşı, serjant Zaur Əliyev yaralını 99 YP 328 nömrəli patrul maşınına mindirərək xəstəxanaya çatdırıb. Polisin və həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşı Zaur Əliyev hadisəni belə xatırlayır: “Xidməti ərazimdə hərəkətdə olarkən avtobusun qəfil manevr edib dayandığını gördüm. Yaxınlaşanda məlum oldu ki, qızı vurub. Yaralı asfaltın üstündə ağır vəziyyətdə idi. Başından ağır zədə aldığı üçün qan su kimi axıb gedirdi. Ətrafdakı insanlar təcili yardıma zəng etdi, mənə də imkan vermirdilər ki, yaralını götürüb aparım. Amma özümü saxlaya bilmədim. Göz görə-görə ölümünü seyr etmədən onu patrul maşınına mindirib 1 saylı şəhər kliniki xəstəxanasına çatdırdım. Baş həkim özü qarşıladı, dərhal xəstəni əməliyyat edib həyatını xilas etdilər. Baş həkim dedi ki, yaralı 15 dəqiqə gec gətirilsəydi ölə bilərdi. Hadisədən bir neçə saat sonra qızın atası mənə zəng edib təşəkkür etdi. Görüşmək istədi, “hədiyyə verəcəm” dedi. Amma mən razı olmadım. Dedim ki, bu, mənim insanlıq və polis borcum idi. Təki qız sağalsın, mənimçün ən böyük hədiyyə olar”.

Xəstəxanadan bildirdilər ki, hazırda yaralının vəziyyəti orta ağırdır. Lakin ciddi bir təhlükə yoxdur. Bununla yanaşı, xəstəxana rəhbərliyi yaralının həyatını xilas etdiyi üçün polis əməkdaşı Zaur Əliyevlə bağlı Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayacaq.

Avtosfer.az-a açıqlama verən qızın atası Ələkbər Muradəliyev bildirib ki, hazırda Günayın səhhəti normaldır, həyatı təhlükəsi yoxdur. “Allah Zaur müəllimdən razı olsun. Onun sayəsində qızımın həyatı xilas oldu. Burada həkimlər də dedilər ki, əgər bir az da geciksəydiniz bədbəxt hadisə baş verə bilərdi. Məhz polis əməkdaşının çevikliyi mənim balamın həyatını xilas etdi.”

Ələkbər Muradəliyev Zaur Əliyevlə əlaqə saxladığını da bildirib. “Ona zəng edib çoxlu təşəkkür etdim. Hətta hədiyyə də təklif elədim. Lakin o qəti şəkildə etiraz etdi və bildirdi ki, bu, onun vəzifə borcudur və əsas odur ki, xanımın həyatı xilas olub, tezliklə ayağa qalxsın. Bilirsiniz, bu cür adamların olması bizi sevindirir. Məhz belə insanları görəndə adam fərəhlənir. Bir daha deyirəm ki, Allah ondan razı olsun. O, bizi gözüyaşlı olmaqdan qurtardı".

Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, həqiqətən də yol polisi əməkdaşı bu gün yaralı qızın həyatını xilas edərək öz xidməti borcunu yerinə yetirib: "Yaralının atası mənə də zəng edib təşəkkür etdi. Biz yaralıya Allahdan şəfa diləyirik. Qeyd etmək istəyirəm ki, daxili işlər orqanlarında bu cür xilaskar polislər çoxdur".









Son xəbərlər