Mojo.az Banner
16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO

08.05.2021 22:50 1 467
Yol polisi sirkə içən uşağı xilas etdi - VİDEO
Bu gün Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan uşağın xəstəxanaya çatdırılmasına köməklik göstəriblər.

Median.Az
xəbər verir ki, ağır vəziyyətdə olan uşağını xəstəxanaya aparan valideyn avtomobilinin nasazlığı səbəbindən yolda qalıb.

Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının (Saray postunun) əməkdaşları çarəsiz vəziyyətdə qalan sürücünün köməyinə gəliblər. Onlar sirkə içən uşağın ağır vəziyyətdə olduğunu görüb patrul avtomobilinə mindirərək təcili şəkildə xəstəxanaya aparıblar.

Yolda tıxac olmasına baxmayaraq polis əməkdaşları səsgücləndirici vasitə ilə yolu boşaldıb və uşağı vaxtında xəstəxanaya çatdırıblar. Polis əməkdaşı uşağın yanındakı valideynlərin özünü itirdiyini görərək uşağı qucağına alıb və birbaşa palataya yerləşdirib.

"Avtosfer"ə müraciət edən azyaşlının atası Ceyhun Hüseynov uşağının həyatda qalmasına səbəb olan polis baş leytenantı Qasımov Yaşar Xanoğlan oğluna və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib.скачать dle 11.3
Mojo.az Banner