Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yol polisi uşağı ölümdən qurtardı – REAL VİDEO

29.08.2018 16:55 3 716
Azərbaycanda yol polisi uşağı ölümdən qurtardı – REAL VİDEO
Azərbaycanda yolda halı pisləşən azyaşlı oğlanı yol polisi xilas edib. Hadisə avqustun 23-də, saat 08.57-də Bakı-Şamaxı yolunun 14.5-ci km-də baş verib.

Yolu keçən Zülfiyevlər ailəsi və qohumları çıxılmaz duruma düşüblər. Yolun ortasında Tofiq Zülfiyevin azyaşlı nəvəsinin halı pisləşib və yerə yıxılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının nəzarətində olan “Müşfiq postunda” müşahidə kameralarına nəzarət edən inspektor bu barədə dərhal ərazidə xidmət aparan əməkdaşlara məlumat verib. Bunu eşidən 99 YP 792 nömrəli patrul avtomaşında xidmət aparan tağımın əməkdaşı, polis baş leytenantı Rüfət Quliyev hadisə yerinə yaxınlaşıb.

Uşağın vəziyyətinin ağır olduğunu görən DYP zabidi onu və qohumlarını patrul maşınına mindirərək təcili yardım stansiyasına sürüb. Təqdim olunan videodan da görünür ki, polis zabiti çox təmkinlə, yol boyu təhlükəsizlik qaydalarını qorumaqla hərəkət edir, uşağa və onun yaxınlarına ürək-dirək verir. Yaxşı haldır ki, yolda digər avtomobillərin sürücüləri də DYP maşınına dərhal yol verib hərəkətə şərait yaradırlar. Beləliklə, uşaq təcili yardım mərkəzinə tez bir zamanda çatdırılır. Yol polisi əməkdaşı onu qucağına alaraq həkimlərin yanına çatdırır.

Hazırda həmin uşağın səhhəti normaldır, valideynləri və qohumları yol polisi zabiti Rüfət Quliyevə təşəkkür edir.

Baş DYPİ-nin rəhbərliyi bütün bunları nəzərə alaraq polis zabitini mükafatlandırıb və ona “Təşəkkür” elan edilib.//avtosfer.az

Son xəbərlər