Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cəfər Cabbarlının ev-muzeyinin müdafiəsinə qalxdı

02.03.2019 21:25 2 478
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cəfər Cabbarlının ev-muzeyinin müdafiəsinə qalxdı
Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyinin sökülməsi ətrafında baş verənlər ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Mədəni irs abidəsinin məhv edilməsi ilə bağlı hiddətini həm sadə vətəndaşlar, həm də ziyalılar bildirirlər.

Daha öncə yazıçı Çingiz Abdullayevin Cəfər Cabbarlının evinin sökülməsi ətrafında baş verənləri "özbaşınalıq" adlandırması barədə yazmışdıq.

İndi isə ev-muzeyin müdafiəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qalxıb.

Median.Az virtualaz.org-a istinadən bildirir ki, bu günə kimi onlara nə ərazi planlanması sənədlərinin təsdiqi, nə də ev-muzeyin ünvanı üzrə (Bakı, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 44) söküntü, yaxud tikinti işlərinin aparılmasına icazə almaq üçün müraciət edilməyib.

Dövlət Komitəsindən bildirildiyinə görə, beləliklə, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin ərazidə Cəfər Cabbarlının ev-muzeyinin sökülməsinə və tikintinin başlanmasına istənilən cəhd qanunsuz hərəkətlər kimi qiymətləndirilməlidir.

Bununla əlaqədar olaraq, həmin ünvanda hər hansı qeyri-qanuni işlərin qarşısının alınması üçün Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq müraciətlər ünvanlayıb.

Dövlət Komitəsindən onu da qeyd ediblər ki, muzeyin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq etdiyi yerli əhəmiyyətli tarixi və memarlıq abidələrinin siyahısına daxildir (abidənin inventar nömrəsi 5592-dir). Bu ərazidə hər hansı tikinti işlərinin aparılması üçün müraciət edilərsə, məsələyə yalnız muzeyin binasının qorunub saxlanması və ilkin formasında və həcmində bərpası, həmçinin şəhərsalma qanunvericiliyinə riayət edilməsi şərtilə baxıla bilər.

Xatırladaq ki, bu ünvanda sökülntü işlərinin aparılması və çoxmərtəbəli yaşayış binasının tikintisi barədə məlumatı virtualaz.org-a Bakı şəhər Baş Mədəniyyət İdarəsindən vermişdilər və əlavə etmişdilər ki, Cəfər Cabbarlının ev-muzeyinə aid torpaq sahəsi və tikililər 1998-2005-ci illərdə özəlləşdirilib.

Mədəniyyət Nazirliyi dramaturqun qohumlarına onların özəlləşdirdikləri evə görə kompensasiya ödəyərək, binanı yenidən öz balansına götürməyi lazım bilməyib, qərara alıb ki, Cəfər Cabbarlı üçün yeni tikilidə "ev" almaq daha sərfəlidir.

Son xəbərlər