Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı turistlərə Bakıya səyahət etmək tövsiyə olundu

02.03.2019 13:31 3 704
Rusiyalı turistlərə Bakıya səyahət etmək tövsiyə olundu
Bayramlara bir həftədən də az vaxt qalıb, uzun həftəsonları başqa şəhər və ölkələrlə tanış olmaq üçün yaxşı “bəhanədir”.

“RİA Novosti” təqdim etdiyi materialda, 8 mart və həftəsonunu keçirmək üçün bir sıra istiqamətlər tövsiyə olunur.

Məqalənin müəllifi, 8 martda Azərbaycanın paytaxtı Bakı baş çəkməyi məsləhət görür.

“Azərbaycanın paytaxtı eyni vaxtda həm Xəzər dənizinin ən böyük liman şəhəri, həm də Qafqazın ən iri şəhəridir.”

Materialda Azərbaycan paytaxtının gəzməli-görməli yerləri haqda məlumat verilir.

“Burada şəhərin ən qədim məhəlləsi sayılan İçərişəhər, mürəkkəb dizaynlı oyma binalarla və Alov qüllələri - məşəl şəklində olan göydələnlərlə möhtəşəm ahəng yaradır.

Yeri gəlmişkən, Bakıda da, İstanbulda olduğu kimi Qız Qalası var, bundan başqa çoxsaylı saraylar, məscidlər, teatrlar, parklar, sahilyanı bağlar və muzeylərə rast gəlmək olar. Onların arasında unikalları da var: məsələn Azərbaycan xalça muzeyi”.

Məqalədə həmçinin hava şəraitinin Bakıya səyahət üçün əlverişli imkan yaratdığı qeyd olunur:

“Sinoptiklər bayram günlərinə Bakıda gözəl bahar havası: müsbət 12-14 dərəcə vəd edir”, - deyə məqalədə qeyd olunur.

Son xəbərlər