Mojo.az — elanlar
Son Xəbərlər
13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |    
Mojo.az Avto
Mojo.az Avto

“USA Today” Bakıya səyahət etməyi tövsiyə edir

09.01.2018 11:23 4 706
“USA Today” Bakıya səyahət etməyi tövsiyə edir
Yanvarın 5-də “USA Today” saytında səyahət üçün yeni və maraqlı istiqamətlərlə bağlı məqalə dərc olunub.

Turistlərə tövsiyə olunan şəhərlər arasında birinci yerdə Bakı göstərilib.

“Yeni ildə səyahətə çıxmaq qərarına gəlmisinizsə, 27 yaşı olmasına rəğmən, BMT-yə üzv olan 193 dövlətin hər birinə səyahət etmiş amerikalı gənc Sela Lavallodan örnək götürə bilərsiniz. Dünyanı səyahət yolu ilə tədqiq edən gənc amerikalı öz qeydlərində bildirir ki, onun ən çox yadında qalan yerlər, əslində, az tanınan məkanlar olub; onun səyahət istiqamətlərinin böyük hissəsi “Mariott İnternational” (“Mariott” hotellər şəbəkəsi) tərəfindən təsdiq olunub”.

Səyahətçi belə məkanların bir çoxu barədə “Instagram”dakı @sallavallo səhifəsində məlumat verib.

Ən çox xoşuna gələn səyahət marşrutlarını “USA Today” üçün Larri Bleyberqlə bölüşüb və Bakıya səyahəti barədə danışıb.

“Bakı - mədəniyyətinə və müasir memarlığına milyardlarların yatırıldığı neftlə zəngin paytaxt şəhəridir. Bu, onu Qafqazın ən gözəl məkanlarından birinə çevirir. “Şəhərin küçələrini gəzəndə sənə elə gəlir, üstüaçıq muzeydə ekskursiya edirsən. Orada qədim, çox qədim tikililər var, arxa planda isə müasir binaları görmək olur. Bakıda həmçinin opera, balet və ikra dequstasiyası var. Azərbaycana kifayət qədər möhtəşəm səyahət edə bilərsiniz”, – deyə Lavallo bildirib.

USA Today рекомендует посетить Баку

Son xəbərlər