Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

Bakıda keçiriləcək Avroliqa finalının biletləri satışa çıxarılır - Qiymətlər

28.02.2019 19:23 2 101
Bakıda keçiriləcək Avroliqa finalının biletləri satışa çıxarılır - Qiymətlər
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına start verilib.

Median.Az
xəbər verir ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.

Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

Mayın 21-də başlayacaq üçüncü mərhələdə aldığınız bilet mobil telefonunuza göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Siz, eyni zamanda, digər şəxslər üçün aldığınız biletləri onların mobil telefonuna göndərə bilərsiniz. Bu şəxslər də öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək.

Xatırladaq ki, UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışına ötən ilin noyabr ayından başlanılıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq, əldə etmək mümkündür.скачать dle 11.3
Mojo.az Banner