Mojo.az Banner
11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qobustanda hamilə qadının ölümünə səbəb olan həkim kassasiya şikayəti verib

26.02.2019 19:17 2 335
Qobustanda hamilə qadının ölümünə səbəb olan həkim kassasiya şikayəti verib
Doğuş zamanı səhlənkarlığa yol verməkdə təqsirləndirilən Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinin müdiri vəzifəsində işləmiş Kifayət Rzayeva barəsində olan hökmdən kassasiya şikayəti verib.

Median.Az
-ın report-a istinadən verdiyi xəbərə görə, Ali Məhkəməyə müraciət edən K.Rzayeva barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Ali Məhkəmədə keçiriləcək iclas aprelin 2-nə təyin edilib.

Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

İttiham aktına əsasən, K.Rzayeva 2017-ci ilin oktyabr ayının 17-də Qobustan Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, 1988-ci il təvəllüdlü, iki uşaq anası olmuş Zümrüd Günəşovanı Doğuş şöbəsinə qəbul edib. Daha sonra zəruri laborator analizlərin aparılmasını təmin etməyib. O, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan Z.Günəşovanın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirib.

Bu səbəbdən dünyaya uşaq gətirən Z.Günəşova həmin gün xəstəxanada vəfat edib.

K.Rzayevaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Qobustan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan K.Rzayeva apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.скачать dle 11.3
Mojo.az Banner