Mojo.az Banner
12:21 Bu həftə 4 gün işləyəcəyik  |     12:13 İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır  |     12:01 Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi  |     11:45 Dünya bazarında neft UCUZLAŞIR  |     11:09 Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - Video  |     11:07 Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü  |     10:51 Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib - FOTO  |     00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |    
Left Banner
Right Banner

Sərhəddə əməliyyat: beş əcnəbi tutuldu - FOTO

21.02.2019 17:19 1 544
Sərhəddə əməliyyat: beş əcnəbi tutuldu - FOTO
DSX əməkdaşları beş Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısını alıblar.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, fevralın 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq, Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Roniksan, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il təvəllüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mohanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin 2018-ci il dekabrın 16-da rəsmi qaydada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq, İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.







скачать dle 11.3
Mojo.az Banner