Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Müəllim direktordan prokurora şikayət etdi — "Məcburən razılaşdım" (FOTO)

15.02.2019 13:27 19 132
Müəllim direktordan prokurora şikayət etdi —
Sumqayıt şəhər 23 saylı tam orta məktəbin müəllimi Yeganə Hüseynova şəhər prokuroru Sərdar İmanova şikayət ərizəsi ilə müraciət edib.

Y.Hüseynova prokurora göndərdiyi ərizənin bir nüsxəsini də "Ölkə.Az"ın redaksiyasına təqdim edib. Y.Hüseynova ərizədə bildirir ki, 23 saylı tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyir. 2018-ci ilin sentyabr ayında 9 saylı tam orta məktəbin rus dili müəlliminə ehtiyac olduğuna görə həmin təhsil ocağına müraciət edib:

"Direkor əvəzi işləyən Abdullayeva Həqiqət Mahid qızı məndən verəcəyi dərslərin müqabilində 1000 manat istədi. Mən də məcburən razılaşdım və müqavilə əsasında 25 saat dərs yükü ilə təmin olundum. 2018-ci ilin oktyabr-noyabr aylarında icazə verib, müalicə məqsədi ilə Rusiyaya göndərdiyi müəllimin dərslərini təmənnasız mənə əvəz etdirdi. Bu azmış kimi,dekabr ayında əlli saat əvəz etməyimə baxmayaraq, mənə cəmi otuz saat dərs yazıldı. Mənə yazılmış pulu, yəni, 200 manatı katibəsi vasitəsi ilə ona qaytarmağımı tələb etmişdi. Bu barədə Təhsil Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında nazirlik məktəbdə yoxlama apardı və çoxlu sayda nöqsanlar aşkar etdi. Həmin ərəfədə təzyiqlərə məruz qaldığım üçün şikayətimi geri götürmək məcburiyyətində qaldım. Həmin andan Həqiqət Abdullayeva üçün ova çevrildim. Şagird, müəllim və valideyn kollektivi qarşısında üstümə qışqırıb təhqir edir, müxtəlif bəhanələrlə işimdə intizamsızlıqda günahlandırır. Yuxarı sinif şagirdlərini attestatdan məhrum edəcəyi ilə hədələyərək, mənim əleyhimə zorla izahat yazdırır. Məktəbə gələn valideynlərə övladlarının yarım illik qiymətlərini yüksək yazacağı müqabilində mənim əleyhimə izahat verməkərini tələb edir. Belə şəraitdə işləmək məmin üçün çox ağırdır".

Yeganə Hüseynovanın sözlərinə görə, Həqiqət Abdullayevanın etdikləri onu intihar həddinə çatdırıb:
"Müəllimlik nüfuzuma xələl gətirməsi, şərəf və ləyaqətimi alçaltması məni ölüm dərəcəsinə çatdırıb. Həyatımın təhlükəsizliyini təmin etmək mənə yardım etməyinizi xahiş edirəm. Son olaraq qeyd edim ki, Sumqayıt Şəhər Prokurorluğuna etdiyim şikayətdən sonra - 2019-cu ilin 8 fevral tarixində əsassız olaraq mənimlə olan müqaviləyə xitam verilib".





Son xəbərlər