Mojo.az Banner
14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |    
Left Banner
Right Banner

Azərbaycanda kuryoz olay: Gənc müəllim dərslərini BOYKOT etdi - VİDEO

14.05.2018 16:40 1 962
Azərbaycanda kuryoz olay: Gənc müəllim dərslərini BOYKOT etdi - VİDEO
Azərbaycanda müəllim dərsləri baykot edib.

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev sosial şəbəkədə paylaşım edərək Rayonun Təhsil Şöbəsinin və məktəbin direktorunun ona qarşı edilən haqsızlıqlara cavab olaraq dərslərə getməmək qərarına gəlib.

Müəllimlərin İşə qəbul imtahanından 54 balla Astara şəhər 2 saylı orta məktəbə qəbul olan gənc müəllim süni maneələrlə qarşılaşdığını açıqlayıb:

“Astara RTŞ-yə getdim, yüksək bal topladığım üçün mənə təmayül dərsləri təklif etdilər. Ancaq sonradan xərci olduğunu dedilər. Mən məsələni sosial şəbəkədə qabartdım və bir qəpik vermədən 12 saat dərs aldım. Təhsil Şöbəsinə pul verməsəm də, məktəbə gedən gündən müxtəlif adllarla pul yığmağa başladılar. Gah deyirlər partalar sınıb, gah deyirlər məktəbi təmir edirik. Gedib baxıram heç nə yoxdur. Bir-iki ay pul ödədim sonra vermədim. Belə olan halda məktəbdə ilk dəfə təşkil etdiyim Conversation Club (danışıq kursu) otağını məndən alıb tibb otağı yaradacaqlarını dedilər. Şagirdlərə tam ödənişsiz danışıq dərsi verirdim, ancaq indi otaq boş qalıb, heç nə yaradılmayıb. Dəfələrlə Maya xanım (məktəbin direktoru Maya Həsənova) şagirdlərimin yanında məni məzəmmət edib və şəxsiyyətimi alçaltmağa çalışıb. Astaranın bütün məktəblərində gənc müəlllimləri sıxışdırırlar. Gedib fəhləlik edəcəm, amma haqsızlığa qarşı əyilməyəcəm. Haqq öz yerini tapana, rüşvətxor məmurlar cəzasına çatana qədər işə çıxmayacağam. Qoy diaqnostik qiymətləndirmədən 15-20 bal toplayanlar bir müddət məni əvəz edib işləsin. Mənim dərdim dərs saatı deyildi”. Fuad Mehrəliyev Baku.ws-ə açıqlamasında bildirdir ki, Təhsil Nazirliyi tərəfindən bu müraciətinə hələ heç bir reaksiya gəlməyibскачать dle 11.3
Mojo.az Banner