Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi

14.02.2019 22:00 4 064
Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi
Çeçenistanda homoseksualların təqiblərə məruz qalması, həbs olunması və işgəncələrin verilməsi ilə bağlı ittihamlar "mavilər"in informasiya hücumudur.

Median.Az
oxu.az-a istinadən bildirir ki, bu bəyanatı Respublikanın mətbuat katibi Alvi Kərimov səsləndirib.

"Belə iddiaların müəlliflərində ar və vicdan deyilən şey qalmayıb, onlar bütün sərhədləri keçiblər", - deyə Kərimov gileylənib.

"Bir daha bildirirəm ki, Çeçenistanda bu əlamətlərə görə bir nəfər belə həbs olunmayıb. Hüquq-mühafizə orqanları, insan haqları müdafiəçiləri və jurnalistlər, hətta xarici vətəndaşlar dəfələrlə bu məlumatları yoxlayıb və belə halların olduğuna dair bir fakt belə aşkarlamayıb", - Kərimov diqqətə çatdırıb.

Kərimovun hiddət dolu bəyanatına səbəb "Rusiya LGBT şəbəkəsi" proqramının direktoru İqor Koçetkovun mətbuatda səsləndirdiyi fikirlər olub.

Koçetkovun sözlərinə görə, 2018-ci ilin dekabr ayında çeçen hüquq-mühafizə orqanları əməkdaşları "mavi" və lezbiyanları Arqun polis bölmələri və Qroznı şəhərinin Zavodsk DİN bölməsində saxlayıb. Onları cinsindən asılı olmayaraq, döyüblər və elektroşoklu dəyənəklərlə təcavüz ediblər.

Elə həmin ay Çeçenistanda homoseksuallara qarşı keçirilən kampaniya çərçivəsində iki çeçenistanlı sakin Şoto-Şamil Akayev və Eyyub İbrahimovun ölüm xəbəri yayılıb. Meyitin müayinə protokoluna əsasən, həmin şəxslər yaxın məsafədən boyun nayihəsindən güllələnib.

Rəsmi versiyaya görə, onlar polis əməkdaşlarına hücum etməyə çalışan zaman zərərsizləşdiriliblər.

Son xəbərlər