Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

“Azərbaycanda dağıdıcı zəlzələnin olacağına dair...” - Seysmoloji Mərkəzdən bəyanat

12.02.2019 19:23 5 736
“Azərbaycanda dağıdıcı zəlzələnin olacağına dair...” - Seysmoloji Mərkəzdən bəyanat
"Fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam edir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən zəlzələ bölgəsində hiss olunan afterşoklar və hazırki vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir. Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar. Bu isə insanlarda yersiz qorxu və narahatçılıq yaradır".

Median.Az
xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, zəlzələ bölgəsində afterşokların davam etməsinə baxmayaraq, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir. Əvvəlcədən də bildirdiyimiz kimi qeydə alınan afterşoklar arasında hiss olunanların olması mümkündür və bir neçə belə təkan qeydə alınıb. Bu barədə ictimaiyyətə RSXM-nin rəsmi internet səhifəsi www.seismology.az və KİV vasitəsi ilə operativ şəkildə məlumatlar çatdırılır. Hazırda bölgədə seysmoloji müşahidələr davam etdirilir.

Qeydə alınan hiss olunan təkanların güclü və dağıdıcı olmaq ehtimalı yoxdur. Odur ki, bütün ictimaiyyəti, KİV-ləri və vətəndaşlarımızı hər hansı təxribat xarakterli xəbərlərə inanmamağa, zəlzələyə dair məlumatları yayarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinad etməyə çağırırıq.

Son xəbərlər