Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

8 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA

20.02.2019 17:00 2 067
8 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Median.Az
xəbər verir ki, Q.Yetirmişli report-a açıqlamasında deyib ki, Azərbaycanda heç bir dağıdıcı zəlzələnin baş verəcəyi ehtimal olunmur: "Dünyada hər gün müxtəlif bal gücündə zəlzələlər olur. Ümumiyyətlə, il ərzində Yer kürəsində 100 min zəlzələ hadisəsi qeydə alınır. Bunların arasında dağıdıcı zəlzələlər də baş verir. Qeydə alınan zəlzələlərin əksəriyyəti 5,5-8 bal arasında özünü göstərir. Hətta yaxın keçmişə nəzər yetirsəniz, dünyanın bir çox ölkələrinin zəlzələdən əziyyət çəkdiyini görəcəksiniz".

Baş direktorun sözlərinə görə, Azərbaycanın seysmik zonalarında davam edən afterşokların azaldığı müşahidə olunur: "Fevralın 5-dən bu günə qədər, təxminən, 600-dən çox afterşoklar qeydə alınıb. Zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Tədricən sona çatacaq. Çünki yerin altında enerji boşalması gedib. Əvvəllər gün ərzində 20-30 afterşok qeydə alınırdısa, artıq afterşokların günlük sayı 5-6-ya düşüb".

O əlavə edib ki, dağıdıcı zəlzələlər hər zaman ola bilər: "Amma yaxın zamanda Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur".

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hooqerbets fevralın 21-də 7 və 8 bal gücündə zəlzələlərin proqnozlaşdırıldığını iddia edib.

Son xəbərlər