Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanda güclü zəlzələlər bu ZONALARDA ola bilər

29.01.2020 22:53 1 657
Azərbaycanda güclü zəlzələlər bu ZONALARDA ola bilər
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandakı seysmoaktivliyi dəyərləndirib.

Median.Az xəbər verir ki, Q.Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yaxın günlərdə Türkiyədə baş verən son dağıdıcı zəlzələ kimi güclü təkanların baş vermə ehtimalı yoxdur.

Azərbaycan ərazisinin yüksək seysmik aktivliklə fərqləndiyini söyləyən Q.Yetirmişli ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını da açıqlayıb.

O bildirib ki, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı - Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Mərkəz direktoru əlavə edib ki, Bakı və Abşeron rayonu ərazisində baş verən yeraltı təkanları Xəzər dənizindəki zəlzələ ocaqları yaradır.

Q.Yetirmişli hazırda Azərbaycanda seysmoloji aktivliyin fon səviyyəsində olduğunu da qeyd edib:
"Ölkə ərazisində xırda təkanlar qeydə alınır. Elə gün olmur ki, ölkəmizdə belə təkanlar qeydə alınmasın. Sadəcə, bunların arasında bəziləri hiss edilən olur".
скачать dle 11.3
Mojo.az Banner