Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Niyə tez-tez “yer ayağımızın altından qaçır”? - RƏY

08.06.2019 16:36 1 726
Niyə tez-tez “yer ayağımızın altından qaçır”? - RƏY
Son günlər Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanların sayı artıb. Əksər hallarda bu zəlzələlər hiss olunmasa da, müəyyən narahatlıqlar yaradır.

Məsələnin aktuallığını nəzərə alaraq, Oxu.Az-ın əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı ilə əlaqə saxlayıb.

V.Rafiqqızı saytımıza açıqlamasında bildirib ki, Xəzər dənizində olan zəlzələnin maqnitudası yüksəkdir və ərazi seysmik baxımından aktiv zonadır:

“Orada həmişə zəlzələ olur. Son zəlzələ zamanı maqnitudanın artması müşahidə olunur. Bu da oradakı zəlzələ ocaqlarındakı proseslərlə bağlıdır”.

Vüsalə Rafiqqızının sözlərinə görə, dənizdə olan zəlzələ ocaqları sahildən uzaqda yerləşirsə, ətrafa elə də təsiri olmur.

“Zəlzələ neft platformaları ətrafında olduqda hasilata təsir etməsi ehtimalı var. Bir neçə gün ərzində baş verən zəlzələlər isə sahilyanı ərazilərdə 3 bala yaxın hiss edilib.

Azərbaycanda seymik baxımdan aktiv ərazilər çoxdur. Zəlzələ o ərazilərdə olur ki, orada seysmik aktivlik var. Zəlzələ ocaqları hərəkətə gələndə aktiv fazaya keçir və zəlzələ baş verir. Ocaq zəlzələdən sonra tədricən sönür və həmin ərazidə seysmiklik fon səviyyəsinə düşür.

Son günlər əsasən Xəzər dənizində zəlzələ olur. Orada zəlzələ ocaqları çoxdur”, - deyə xidmət rəsmisi qeyd edib.

Qeyd edək ki, Azərbaycan seysmik baxımdan aktiv zonadır. Ölkə ərazisində Şimal, Şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusilə cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir.скачать dle 11.3
Mojo.az Banner