Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video |
Mojo.az Avto
Mojo.az Avto

Balakəndə sərxoş sürücü öldü - Cinayət işi başlandı

09.02.2019 22:44 2 680
Balakəndə sərxoş sürücü öldü - Cinayət işi başlandı
Balakəndə sərxoş sürücünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Median.Az
-ın məlumatına görə, hadisə rayonun Tülü kəndi ərazisində baş verib.

Balakən rayonu, Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Hacıyev Eltun Azad oğlu idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan “UAZ-33 03” markalı avtomobillə Balakən-Tülükənd yolunda yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı telefon dirəyinə dəyib.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişin olan qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.//Trend

Son xəbərlər