Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı idmançı Makqreqorun komandasının üzvünə qarşı

09.02.2019 21:37 2 244
Azərbaycanlı idmançı Makqreqorun komandasının üzvünə qarşı
Martın 2-də Ukraynanın paytaxtı Kiyevin İdman Sarayında WWFC 14 versiyası üzrə dünya çempionu müəyyənləşəcək.

Median.Az
oxu.az-a istinadən bildirir ki, ən yüngül çəkidə (-57 kq) Kiyevdən olan Teymur Rəhimovla irlandiyalı Bleyn ODriskol üz-üzə gələcək.

Teymur Rəhimov 1988-ci ilin iyunun 7-də Bakıda doğulsa da, dörd yaşında valideynləri ilə birgə Ukraynaya köçüb. Onun karate, kikboksinq, əlbəyaxa döyüş, muay-tay və klassik boksda nəticələri olub.

"Mən MMA-da qalmağa qərar verdim. Çünki bu idman növü bütün dünyada praktiki, mükəmməl və sürətli dərəcədə inkişaf edir", - deyə Rəhimov bildirib.

2016-cı ildə Çində peşəkar MMA karyerasına başlamış Rəhimovun 2018-ci ilin əvvəlinə kimi üç qələbəsi və bir məğlubiyyəti olub. Ötən ilin əvvəlində isə o, sürətlə çempionluq tituluna doğru hərəkət etməyə başlayıb.

Hazırda onun aktivində keçirdiyi səkkiz görüşdə yeddi qələbə (üç dəfə nokaut, iki dəfə təslimetmə, iki dəfə xal hesabına) və bir məğlubiyyət var. Bu qələbələrdən biri azərbaycanlı Səttar Mahmudovla ötən ilin mayın 13-də Ukraynanın Zakarpatye şəhərində keçirilmiş döyüşdə qazanılıb.

Onun rəqibi Bleyn ODriskol isə səkkiz görüşdə altı qələbə (iki dəfə nokaut, iki dəfə təslimetmə, iki dəfə xal hesabına) qazanıb və iki dəfə məğlub olub. 27 yaşlı idmançı 2015-ci ilin oktyabrından UFC döyüşçüsü Konor Makqreqorun "SBG Ireland" komandasının üzvüdür.

O, ötən ilin mayında ingilis Aaron Robinson üzərində qələbədən sonra 57 kq-da döyüşməyin onun üçün parkda gəzinti olduğunu, fikrinin UFC-yə qatılmaq olduğunu bildirib.скачать dle 11.3
Mojo.az Banner