Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda oğuruğa görə 8 nəfər saxlanılıb

09.02.2019 16:48 3 430
Bakıda oğuruğa görə 8 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən fevralın 1-də Binə qəsəbəsində mənzildən 1600 dollar oğurlayan şəhər sakinləri A.Qazıyev, C.Həsənov və V.Qasımov saxlanılıblar. Araşdırma zamanı, onların bir mağaza və evdən ərzaq məhsulları və məişət əşyaları oğurlamaları məlum olub.

Bundan başqa, Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu il yanvarın 24-də rayon ərazisindəki evdən 2 ədəd samovar oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunan E.İsmayılov saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi və Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 12-dən 28-dək olan müddətdə Nəsimi rayonu ərazisində taxta sexindən təmir-tikinti alətləri və bir nəfərə məxsus 55 manat pul və geyim əşyaları, habelə əcnəbi vətəndaşın işlətdiyi geyim mağazasının divarına quraşdırılmış kondisionerin mis borusunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rəşidzadə saxlanılıb. Araşdırma zamanı, onun fevralın 5-də Binəqədi rayonu ərazisindəki mağazaların birindən geyim əşyaları oğurlaması məlum olub.

Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ötən il iyulun 30-da bir avtomobildən mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Mehtizadə saxlanılıb.


Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri E.Osmanov və əvvəllər məhkum olunmuş, habelə axtarışda olan M.Paşayev saxlanılıblar. Araşdırma zamanı, onların Zabratda yaşayan N.Xudiyevanın evindən 58 manat pul, 2 ədəd ətir və 2000 manat dəyərində qızıl əşyaların oğurlaması məlum olub. Saxlanılan şəxslərin üzərlərindən axtarış zamanı narkotik vasitə - heroin aşkar edilib.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər