Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda oğurluğa görə 14 nəfər saxlanılıb

09.03.2019 14:34 6 739
Bakıda oğurluğa görə 14 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini A.Mirzəyev saxlanılıb.

Bundan başqa, Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 23-dən martın 7-dək olan müddətdə Yeni Günəşli qəsəbəsindəki 4 evin girişindən 3 ədəd internet şəbəkə ötürücüsünü və 1 ədəd internet avadanlığını oğurlayan paytaxt sakini M.Gülmətov saxlanılmışdır.

Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsində 4 evdən pul, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evdən 1300 metr elektrik naqili və məişət əşyaları oğurlayan Bakı şəhər sakinləri Q.Məmmədov və R.Əhmədov saxlanılıblar.

Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Maştağa qəsəbəsindəki həyətlərin birindən 7 baş qoyun oğurlayan qəsəbə sakinləri M.Bağırov və əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılıblar.

Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 24-dən martın 3-dək olan müddətdə Maştağa qəsəbəsindəki evdən ümumilikdə 2500 metr elektrik naqili oğurlayan, qəsəbə sakini olan 4 yeniyetmə saxlanılıb.

Nizami RPİ 24-cü polis şöbəsi və Çevik Polis Alayının əməkdaşları tərəfindən martın 5-də rayon ərazisindəki kafedən 378 manat oğurlayan 2 yeniyetmə saxlanılıb.

Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 7-də rayon ərazisində bir avtomobildən 165 manat oğurlayan bir yeniyetmə saxlanılıb. Bundan başqa, həmin bölmənin əməkdaşları fevral ayı ərzində 2 avtomobilin yan güzgülərini, habelə ayrı-ayrı vətəndaşlara məxsus velosipedi, mobil telefonu və kanalizasiya quyusunun qapağını oğurlayan, axtarışda olan İ.Mürsəliyevi saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner