Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Pasiyentin hüquqları qanunla tənzimlənəcək

05.02.2019 11:18 2 176
Pasiyentin hüquqları qanunla tənzimlənəcək
“Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır.

Median.Az
-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Səhiyyə komitəsindən məlumat verilib.

Qeyd edilib ki, bu sənəd pasiyentin hüquqlarının təminatı və qorunmasının, sağlamlığına vurulmuş ziyanın müəyyənləşdirilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Həmçinin, qeyd olunub ki, sənəddə pasiyentin tibbi yardım almaq, yaşamaq, ona qarşı ayrı-seçkiliyin qadağan edilməsi, tibbi müdaxilə zamanı ruhi və fiziki tamlığın qorunması, tibbi məlumat almaq, sağlamlığına vurulmuş zərərin ödənilməsi hüquqları, tibbi müdaxiləyə razılığın verilməsi qaydası, tibbi müdaxilədən imtina, tibbi ekspertiza, şikayət etmək, pasiyentlərin vəzifələri, qanunun pozulmasına görə məsuliyyət və digər məsələlər əksini tapacaq.

Bu yerdə qeyd edək ki, hələ 2012-ci ildə MM-in o zamankı Sosial siyasət komitəsi (indiki Əmək və sosial siyasət komitəsi) tərəfindən belə bir qanun layihəsi hazırlanmış, ilkin müzakirələrə çıxarılmışdı. Dörd fəsil, 32 maddədən ibarət olan həmin qanun layihəsi hazırlanarkən bu sahədəki dünya təcrübəsi yaxından öyrənilmişdi. Sonradan qanun layihəsi maliyyə tutumlu olduğu üçün onun müzakirələri təxirə salınmışdı. Ancaq adıçəkilən komitədən verilən məlumata görə, hazırda həmin qanun layihəsinin yenidən hazırlıqlarına başlanılıb və yaxın vaxtlarda ilkin variantda müzakirələrə çıxarılması gözlənilir.

Onu da qeyd edək ki, hazırda pasiyentlərin hüquqları ölkə Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur.

Son xəbərlər