Mojo.az Banner
20:00 Yeni pasportlarda Trampın şəkli olacaq?  |     19:55 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib  |     19:43 Bakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi - VİDEO  |     19:35 7-8 min verib çeki aldım - ƏDV SATANLARIN İŞİ  |     19:33 “Zamanıdır” – Amil Məmibəyli AKİ-də gəncləşmədən danışdı  |     19:29 Müasir yazıçılar dərsliklərdən kənarda qalır: səbəb nədir? – Sevinc Elsevərdən ŞƏRH  |     19:26 Aktyorlar, ssenaristlər və rejissorlar danışdı: AKİ sədrliyinə ən çox kimi istəyirlər?  |     18:13 Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU  |     18:05 Mayda hava necə keçəcək? - AYLIQ PROQNOZ  |     18:01 Kəmaləddin Heydərov rəis müavini təyin etdi  |     17:57 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:41 "1000 manat borcu olanın ölkədən çıxışı məhdudlaşdırılmasın" - Deputat  |     17:30 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi  |     17:28 Xəzər akvatoriyasında balıq ovu dayandırılır  |     17:19 800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu  |     17:09 Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını bağladı  |     16:56 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar - Video  |     16:48 Gömrük 300 dollar limiti azaldacaq? - Generaldan AÇIQLAMA  |     16:40 AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ  |     16:07 Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat  |    
Left Banner
Right Banner

Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları

15.06.2019 14:22 1 313
Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları
Həkim və pasiyentlərin hüquqlarını tənzimləyəcək yeni qanun layihəsi hazırlanır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, “Pasiyentlərin hüquqları haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələr çoxdan gedirdi, ancaq obyektiv səbəblərdən həmin sənədin hazırlanması və qəbulu təxirə salındı.

Onun sözlərinə görə, pasiyentlərin hüquqları məsələsi icbari tibbi sığorta ilə çox sıx bağlı olan bir məsələdir:

“Ona görə icbari tibbi sığortanın gələn ildən işə düşəcəyini nəzərə alaraq, düşünürük ki, belə bir qanun layihəsini işləmək lazımdır. Yəqin ki, yaxın bir ilə, ilyarıma bu qanun layihəsi də qəbul olunar, qüvvəyə minər, işləyər.

Həm pasiyentlərin, həm də səhiyyə rəhbərlərinin fikirləri öyrənilməli, istər özəl, istərsə də dövlət səhiyyəsinin mütəxəssislərini dinləyək. Ondan sonra ümumi bir işçi qrupu yaradaq və payız sessiyasından etibarən qanun layihəsi üzərində daha geniş işlərə başlayaq”.

Bəs qəbul olunacağı təqdirdə, qanun nələri təzimləyəcək, hansı münasibətlərə aydınlıq gətirəcək?

Millət vəkili bildirib ki, qanun birinci növbədə münasibətləri, pasiyent və səhiyyə müəssisəsi, pasiyent və tibb işçiləri arasındakı münasibətləri tənzimləyəcək.

“Əgər hər hansı bir konflikt yaranarsa, məhkəməyə, hüquq-mühafizə orqanlarına qədər o münaqişənin həlli yollarını göstəcək. Bütün münasibətlərin yalnız hüquqi müstəvidə həllini təşkil edəcək.

Digər tərəfdən, pasiyentlərlə yanaşı, tibb işçilərinin hüquq və vəzifələri burada öz əksini tapacaq. Çünki həm tibb işçilərindən, həm də pasiyentlərdən tez-tez şikayətlər eşidirik.

Pasiyentlər narazılıq edirlər ki, ödədiyimiz vəsait qarşılığında bizə keyfiyyətli tibbi xidmət göstərilmir və s. Tibb işçiləri, xüsusilə təcili yardım stansiyasının həkimləri də tez-tez müraciət edirlər ki, onlara qarşı pasiyentlər, onların ailə üzvləri tərəfindən kobudluq, təhqirlər və digər qeyri-qanuni münasibətlər olur.

Odur ki, bu münasibətlər hamısı büstövlükdə hüquqi müstəvidə tənzimlənməlidir. Eyni zamanda, icbari tibbi sığorta işə düşəndən bu məsələ öz aktuallığını ortaya qoyacaq. Çünki hər bir pasiyent, eyni zamanda, sığorta olunandır və tibbi xidmət haqlarını öncədən ödəmiş bir insandır.

Onun da haqqı var desin ki, pul ödəmişəmsə, istədiyim keyfiyyətdə tibbi xidmət göstərilməlidir”, - deyə M.Quliyev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner