Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbulda azərbaycanlılar arasında qanlı ədavət: beş ölü - FOTO/VİDEO

31.01.2019 14:38 5 811
İstanbulda azərbaycanlılar arasında qanlı ədavət: beş ölü - FOTO/VİDEO
İstanbul polisi ötən il baş verən cinayət hadisəsini araşdıran zaman maraqlı detalları üzə çıxarıb.

Median.Az
“Sabah” qəzetinə istinadən xəbər verir ki, 2018-ci il avqustun 8-də yerli vaxtla 10:30-da Qaziosmanpaşa Hürriyyət məhəlləsində azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib.

Şübhəli həmin vaxt hadisə yerindən qaçmağa nail olub.

Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı azərbaycanlı Sahib Məmmədov övladını xəstəxanaya apararkən saxlanılıb. Sahib Məmmədovdan başqa, onun yanında olan azərbaycanlılar 39 yaşlı Turan M. və Rişal H. da yaxalanıb.

Məlum olub ki, cinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır.

Belə ki, 2015-ci il dekabrın 9-u, yerli vaxtla 23:30-da Sultanqazi 50-ci İl məhəlləsində S.Məmmədovun böyük qardaşı Ramil Məmmədov şəxsi ədavət zəminində Natiq G. və atası Yapon G. tərəfindən öldürülüb.

2015-ci il yanvarın 15-də S.Məmmdov iki dostu ilə birlikdə qardaşının qətlində şübhəli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək, öldürüb.

Elə həmin ilin avqustun 8-də S.Məmmədov bu dəfə Gəncəli Əliyevi həmin məhəllədə qətlə yetirib.

Avqustun 22-də isə S.Məmmədovun qohumu olduğu deyilən Ramil Məmmədov öldürülüb. Bu hadisədə təqsirli bilinən Asif Əliyev saxlanılıb.

Oktyabrın 7-də Qaziosmanpaşada Ruhil Ağayev S.Məmmədovun qohumları Qasım Məmmədov və onun qardaşı Mübariz Məmmədov tərəfindən qətlə yetirilib.

Dindirilmə zamanı S.Məmmədov ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. O həbs olunub. Onunla birlikdə saxlanılan Turan M. və Rişal H. azadlığa buraxılıb.




//oxu.az

Son xəbərlər