Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı |
Mojo.az Avto
Mojo.az Avto

Meşə materialı və kömürü qanunsuz daşıyan şəxslər cərimələnib

31.01.2019 13:04 1 679
Meşə materialı və kömürü qanunsuz daşıyan şəxslər cərimələnib
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı, 99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli meşə materialı aşkar olunub.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyən edilib.

Lerik rayonu ərazisində keçirilən reyd zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “Qazel” markalı, 10XD178 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkar edilib.

Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Son xəbərlər