Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək

29.01.2019 22:40 1 638
Şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək
Dövlət başçısının şəhid olan şəxslərlə bağlı fərmanda dəyişiklik edərək 11 min manatlıq birdəfəlik ödənişin bütün şəhidlərə aid edilməsi öncədən bu kateqoriyaya daxil edilməyən polis şəhidlərin ailələrini də sevindirib. Bunlardan biri də milli qəhrəman Sadiq Hüseynovun ailəsidir. Həyat yoldaşı Nəzakət Bəşirova bildirir ki, illər sonra şəhidə belə yüksək qiymətin verilməsi şəhid ailələrinin diqqət mərkəzində olmasının göstəricisidir.

Median.az
xezerxeber.az-a istinadən bildirir ki, Dövlət başçısının fərmanda etdiyi dəyişikliklə maddi yardım alacaq ailələrdən biri də şəhid polis Əfruz Cəfərovun ailəsidir. Həyat yoldaşı Natəvan Cəfərova bildirir ki, dövlətin şəhid polis ailələrinə olan diqqəti onları sevindirib.

Qeyd edək ki, prezident İlham Əliyev dünən şəhid olan şəxslərlə bağlı fərmanda dəyişiklik edərək 11 min manatlıq birdəfəlik ödənişin bütün şəhid ailələrinə şamil edilməsini tapşırıb. Bununla da öncədən bu fərmanın əhatə dairəsinə düşməyən 461 şəhid polis ailəsi də birdəfəlik ödəniş ala biləcək.

Son xəbərlər